6 otaqlı ev yanıb

6 otaqlı ev yanıb
  10 Aprel 2014    Oxunub:882
Fövqəladə Hallar Nazirliyi Ağcabədidə mənzildə baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, məlumatda bildirilir ki, Ağcabədi rayonu, Rəncbərlər kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 09:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti