BDU-dan intihara cəhd edən tələbə ilə bağlı AÇIQLAMA

BDU-dan intihara cəhd edən tələbə ilə bağlı AÇIQLAMA
  10 Aprel 2014    Oxunub:1698
Bakı Dövlət Universitetinin mətbuat xidməti intihara cəhd edən tələbə ilə bağlı məlumat yayıb.

AzVision.az-ın məlumatına görə, universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, həmin tələbə 2013-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini bitirib:

`Babayeva Aysel Muxtar qızının qayıbları və akademik borclarına görə intihara cəhd etməsi haqqında yayılmış xəbərə cavab olaraq bildirmək istəyirik ki, o, 2013-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini bitirib. Oxuduğu müddətdə bəzi dərslərə və imtahanlara gəlmədiyinə görə müəyyən akademik borcları qalıb. A.Babayeva passiv tələbə kimi qeydiyyatdadır`.

AzVision.az


Teqlər:  



Xəbər lenti