Gürcü kanalları “Azərspace-1”-dən yayımlanacaq
"Iveriasat" şirkəti "DTH" xidmətlərini göstərərək Gürcüstanın SD (standard rezolyusiyalı) və HD (yüksək rezolyusiyalı) formatında olan televiziya və radio kanallarının "MPEG4" standartında kodlaşdırılmış yayımını təşkil edir. Sözügedən şirkətin cari ilin 11 aprel tarixində Tbilisi şəhərində keçirilmiş rəsmi açılış mərasiminə qatılan "Azərkosmos" ASC-nin nümayəndə heyəti ilə "Iveriasat" şirkəti arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib. (ictnews)
Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, "VSAT" şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılmış və "Azərkosmos" tərəfindən idarə edilən "Azərspace-1" peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.







Vaxtında, Aydın, Lazımlı!


