Bakıda kafe və mağaza yandı

Bakıda kafe və mağaza yandı
  12 Aprel 2014    Oxunub:1115
Fövqəladə Hallar Nazirliyi Bakıda kafedə və mağazada baş verən yanğınla bağlı məlumat yayıb.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan kafenin yanar konstruksiyaları və əşyaları 100 kv.m sahədə yanıb.

Kafenin qalan hissəsi və 2 ədəd qaz balonu yanğından mühafizə olunub. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Binəqədi rayonunda qeydə alınıb. Rayonda yerləşən mağazada vətəndaşa məxsus gücü 345 kVt olan işiq generatorunun yanar hissələri yanıb.

Mağazaya bitişik transformator yanğından mühafizə olunub. Yanğın saat 08:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  



Xəbər lenti