Artıq 30 mindən çox abituriyent sənəd verib - TQDK

 Artıq 30 mindən çox abituriyent sənəd verib - TQDK
  12 Aprel 2014    Oxunub:1097
2014-2015-cü tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak üçün indiyədək 30656 nəfər sənəd verib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzVision.az-a verilən məlumata görə, ərizəsini təsdiqlədən həmin abituriyentlərin 26764-ü Azərbaycan, 3892-i rus bölməsi üzrə sənədlərini təqdim edib. Abituriyentlərin 10576-ı I, 7492-i II, 8923-ü III, 3665-i IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün ərizəsini təsdiqləyib.

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər aprelin 1-dən 30-dək TQDK-nın internet saytına daxil olaraq şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi"ni doldurmalıdırlar.

Sevinc


Teqlər:  



Xəbər lenti