Gəncədə 91 min ağac əkiləcək

Gəncədə 91 min ağac əkiləcək
  12 Aprel 2014    Oxunub:1125
Gəncədə mərhum prezident, ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü gününədək 91 min ağac əkiləcək.
Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, Gəncədə gedən genişmiqyaslı quruculuq işlərinin möhtəşəmliyini şəhərin yaşıl libası və aparılan ağacəkmə aksiyaları tamamlayır. Qışın oğlan çağında belə xiyabanlar boyu cərgələnən həmişəyaşıl ağaclar, mövsümü çiçəklər insanların əhval-ruhiyyəsini artırır, onlara xoş ovqat bəxş edir.

Şəhər böyüyür. Odur ki, ağacların əkilməsinə hər zaman zərurət yaranır. Artıq Gəncə yaşıl şəhərə çevrilmək ərəfəsindədir.
Sahəsi 450 hektar olan Heydər Əliyev park-kompleksində milyona yaxın ağac, gül kolu, çiçək əkilsə də bu möcüzəli məkana yenə də sakinlər tərəfindən yaşıl «ilmələr» vurulur.

Aprel ayının 11-dən başlayan ağacəkmə aksiyası ənənəvi olaraq startını ulu öndərin adını daşıyan parkdan başladı. Bu da təsadüfi deyildir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü gününədək şəhərin müxtəlif istiqamətlərində 91 min ağac əkiləcəkdir. Gənclər bu aksiyada xüsusilə aktivlik göstərirlər.
Gəncənin yaşıl libasını bəzəyəcək bu ağacların – şam və xan çinarların hər biri sakinlərin ulu öndərə sonsuz məhəbbətindən bəhrələnərək qol-budaq atacaq və əbədi məhəbbətin əbədi daşıyıcısına çevriləcək.

Qalereya




Teqlər:  



Xəbər lenti