Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  12 Aprel 2014    Oxunub:1121
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 6-9, gündüz 13-18 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 13-də şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 18-23 dərəcə isti, dağlıq ərazilərdə gecə 2-7 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq.


Teqlər:



Xəbər lenti