Qayınana gəlinini bıçaqladı

Qayınana gəlinini bıçaqladı
  14 Aprel 2014    Oxunub:1206
Azərbaycanda 60 yaşlı qadın cinayət hadisəsi törədib.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonunda qeydə alınıb.

1954-cü il təvəllüdlü Tutu Musayeva qısqancıq zəminində gəlini 24 yaşlı Aysel Musayevaya bıçaq xəsarətləri yetirib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Qətli törədən qayınana polis tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti