Vəfa Quluzadə: `Bu xəbərləri Azərbaycanda Rus kəşfiyyatı yayır`
Politoloq Azərbaycanın daxilində fəaliyyət göstərən beşinci kolona artıq əmrin gəldiyini söyləyib: “Artıq bütün ictimaiyyətə məlum oldu ki, Azərbaycanda güclü beşinci kolon var. Bu beşinci kolon Rusiya tərəfindən idarə olunur. Beşinci kolon öz vətəndaşlarımızdan təşkil olunub. Hamısı azərbaycanlılardır. Əmr gələnə qədər onlar öz işləri ilə məşğuldurlar. Bunların kimi həkimdir, kimi mətbuat işçisidir. Hər biri öz işi ilə məşğuldurlar. Əmr gələndə hamısı baş qaldıracaq. İndi əmr gəlib ki, Rusiyanın Krıma müdaxiləsini dəstəkləyin, şayiə yayın ki, Azərbaycana Rusiya zərbə vura bilər. Bunun hamısı göz qabağındadır. Mən tam əminəm ki, Azərbaycanda artıq güclü Milli Təhlükəsizlik Nazirliyi var. Bunların fəaliyyəti nəzarət altındadır. Lazım olanda bunlar üçün tədbir görüləcək.
Axar.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


