Nazirlik 216 tələbəni işlə təmin etdi
Bununla yanaşı, tədbir zamanı müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılması məqsədilə işəgötürənlər tərəfindən 515 nəfər tələbə və məzundan şəxsi məlumatlar (CV) qəbul olunub.
Xatırladaq ki, yuxarı kurs tələbələri və məzunların əmək bazarına inteqrasiyasına köməklik məqsədilə təşkil olunan tədbir zamanı 9-u dövlət, 77-i isə özəl sektora aid ümumilikdə 86 müəssisə və təşkilat tərəfindən 855 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib.
İl ərzində tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə digər univeristetlərdə də aktiv məşğulluq tədbirinin həyata keçirilməsi nəzərdə tutulur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


