Elmar Məmmədyarov fransalı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov fransalı həmkarı ilə görüşüb
  15 Aprel 2014    Oxunub:1264
Cari ilin 14 aprel tarixində nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransa Respublikasının sabiq xarici işlər naziri Über Vedrin ilə görüşüb.
Görüşdə Azərbaycan-Fransa münasibətləri və sözügedən münasibətlərin gələcək inkişafı müzakirə olunub.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesi haqda qarşı tərəfə məlumat verən nazir Elmar Məmmədyarov, Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həlli və eyni zamanda regionun inkişafı üçün mənfi təsir göstərdiyini bildirmişdir. Həmçinin nazir Elmar Məmmədyarov Ermənistanın yürütdüyü təcavüzkar siyasəti nəticəsində Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrdən kənarda qaldığını və mövcud olan geniş fürsətlərdən yararlana bilmədiyini vurğulanıb

Eyni zamanda görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


Teqlər:  



Xəbər lenti