Təhsil naziri ilə görüşmək istəyənlərin nəzərinə

Təhsil naziri ilə görüşmək istəyənlərin nəzərinə
  15 Aprel 2014    Oxunub:925
Təhsil Nazirliyi İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan vətəndaşlarına müraciət edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, 21 aprel 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 15, 16, 17 və 18 aprel 2014-cü il tarixlərində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi https://azvision.az/redirect.php?url=http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırılan məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Teqlər:





Xəbər lenti