Uşaq İnkişafı Üzrə Mütəxəssislər üçün əla fürsət

Uşaq İnkişafı Üzrə Mütəxəssislər üçün əla fürsət
  17 Aprel 2014    Oxunub:1399
“Sehirli Dayə” Uşaq Bağçası Evdə Qayğı Xidməti üçün Uşaq İnkişafı üzrə Mütəxəssislərin işə qəbuluna dair müsabiqə elan edir. Uşaq İnkişafı üzrə Mütəxəssis fərdi uşaqla yaxud siblinqlərlə evdə qayğı və inkişaf xidmətlərin həyata keçirir. O uşağın evində təlim və tərbiyə işlərini təşkil edir və valideynlərin bacarıqlarının artırılmasına çalışır. Uşaq İnkişafı Üzrə Mütəxəssis aşağıdakı öhdəlikləri yerinə yetirir:

Təhkim olunmuş uşaqla evdə təlim və tərbiyə işini təşkil edir və onun qayğısına qalır;
Təhkim olunmuş uşağın ətraflı qiymətləndirməsin keçirir;
Uşağın qiymətləndirilməsi əsasında himayədarların iştirakı ilə uşağın Fərdi Qayğı Planı tərtib edir;
Uşağın Fərdi Qayğı Planı əsasında onun inkişafına yönəlmiş fəaliyyətləri həyata keçirir;
Təhkim olunmuş uşağın inkişafında dəyişiklikləri qiymətləndirir, qeydiyyatın aparır və bu haqda hesabat verir;
Himayədarların valideynlik bacarıqlarını qiymətləndirir və ehtiyac duyulan sahələrdə onların bacarıqların artırır.

Tələb olunan təhsil, bilik və bacarıqlar:
Pedaqoji, psixoloji və tibb sahələrində ali təhsil
Yüksək ünsiyyət bacarığı.
Mükəmməl Azərbaycan və Rus dili bacarıqları
Uşaqlarla iş təcrübəsi (ən azı iki il)
Fizioloji və psixi baxımda tam sağlam olması
Uşaq yönümlülük yanaşma
Uşağın Evində işləmək həvəsi və imkanı

Müsabiqədə iştirak etmək istəyənlər [email protected] electron ünvana 30 aprel 2014-cü il tarixə dək CV və motivasiya məktubların göndərə bilərlər. Ərizə göndərərkən məktubun adı hissəsində “Uşaq İnkişafı üzrə Mütəxəssis” qeyd edin.

AzVision.az


Teqlər:





Xəbər lenti