Mayda əfv gözlənilmir – Millət vəkili

Mayda əfv gözlənilmir – Millət vəkili
  29 Aprel 2014    Oxunub:1184
“Azərbaycanda əfvin nə zaman olacağını demək mümkün deyil”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında ƏfvMəsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova bildirib.

Mayda Azərbaycanda böyük əfvin olacağı ilə bağlı səslənən fikirlərə aydınlıq gətirən deputat bu barədə Əfv Komissiyasının üzvlərində xəbərin olmadığını deyib.

“Biz əfvin nə zaman olacağını bilmiriksə onlar necə bilərlər. Hələki bu haqda bir xəbər yoxdur. Özləri üçün danışırlar. Bizdə bu məsələ haqda məlumat yoxdur”.

Qeyd edək ki, bəzi iddialara görə, Azərbaycanda mərhum prezident Heydər Əliyevin ad günü ərəfəsində əfv sərəncamının veriləcəyi gözlənilir.

Nihadə Eyyubova


Teqlər:  



Xəbər lenti