“Leyla Yunus Rusiyanın agentidir”

“Leyla Yunus Rusiyanın agentidir”
  30 Aprel 2014    Oxunub:1308
Xəbər verdiyimiz kimi, Baş Prokurorluq hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunusun saxlanılması faktı ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda bir sıra məqalar diqqət çəkir. Belə ki, Baş Prokurorluğun açıqlamasında qeyd edilir ki, Leyla Yunusun həyat yoldaşı Arif Yunusov aprelin 25-də “Hipertoniya xəstəliyi III dərəcəli, hipertonik kriz” diaqnozu ilə xəstəxanaya daxil olaraq aprelin 28-də xəstəxanadan buraxılsa da, ifadə vermək üçün istintaqa gəlməyib və bankların birindən külli miqdarda pul vəsaitini çıxarmağa cəhd edib.

Rəsmi açıqlamasa həmçinin qeyd edilir ki, aprelin 28-də Leyla və Arif Yunusovlar bəzi xarici ölkə səfirliklərinin əməkdaşlarının köməyi ilə respublikanı birdəfəlik tərk etmək niyyəti ilə saat 23:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək, Bakı-Doha aviareysi ilə Avropa ölkələrindən birinə getmək istəyərkən istintaqdan yayınmalarının qarşısı alınıb.

Yasamal Rayon Məhkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirilərkən oradan iş üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, o cümlədən Leyla Yunusovanın xarici ölkədə adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Göründüyü kimi, ölkədən qaçmaqa hazırlaşan Leyla Yunus indiyədək inkar etsə də onun xaricdə mülkə sahib olmamasına dair yalanı ifşa olundu.

Doğrudur, Leyla Yunusun xaricdə əmlakının olması haqda mətbutda ara-sıra məlumatlar tirajlanıb. Onun Almaniyada, Türkiyədə, Dubayda mülkünün olduğu qeyd edilib.

Xatırlayırsınızsa aylar öncə hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə L.Yunus mətbuat səhifələrində qırğına çıxmışdılar. Ulduzları barışmayan hüquq müdafiəçilərinin davasında diqqət çəkən məqam N.Cəfəroğlunun L.Yunusun mülkləri ilə bağlı verdiyi ifşa edici açıqlama idi.

Xanım Cəfəroğlu Leyla Yunusun Antaliyada villasının, Almaniyada evinin olduğunu bildirmişdi.

“Mənim Leyla Yunus kimi nə Antalyada villam var, nə də Almaniyada evlərim”.

L.Yunusun xarici təşkilatlardan küllü miqdarda qran aldığını deyən N.Cəfəroğlu həmçinin onun agent olduğunu demişdi.

Həmin çıxışı bir daha xatırlayaq:

“Mən Azərbaycana işləyən insanam, Leyla Yunus ömrü boyu Rusiyaya işləyib. Ömür boyu Rusiyanın əlində olub, indiyə kimi deməmişəm, indi deyirəm. Rusiyanın agenti olub hər zaman, ağzımı açdırmasın. O və qaynı kimilər sadəcə mənim nüfuzuma paxıllıq edirlər.

Mən onunla özümü müqayisə edə bilmərəm. 20 ildən çoxdur yol gələn insanam. Leylanı it kimi qovmaq lazımdır. Vaxt gələcək bütün məsələlər açılacaq, müharibə vaxtı onun kimlə işlədiyi, müharibədən sonra necə işlədiyi məlum olacaq. Vaxtilə onun Müdafiə Nazirliyində işi sayəsində bu günə düşdük. Onun çox işlərini bilirik, amma yenə də demirik”.

Rüstəm İsmayılov


Teqlər:  



Xəbər lenti