Bu il 97 min abituriyent imtahan verəcək

Bu il 97 min abituriyent imtahan verəcək
  01 May 2014    Oxunub:1190
2014-2015-ci tədris ili üzrə ali təhsil müəssisələrinə və orta ixtisas (11illik) təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu ötən gün başa çatıb.

AzVision.az-a bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

TQDK-dan verilən məlumata görə, ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak üçün 97 307 abituriyent sənəd verərək ərizəsini təsdiqlədib. Həmin abituriyentlərin 88 549-u Azərbaycan, 8758-i isə rus bölməsinin abituriyentləridir.

Abituriyentlərin 35 555-i I, 23 473-ü II, 26 164-ü III, 12 115-i isə IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün sənəd verib.

AzVision.az


Teqlər:  



Xəbər lenti