495 nəfər sürücülükdən məhrum edilib

495 nəfər sürücülükdən məhrum edilib
  01 May 2014    Oxunub:952
Cari ilin birinci rübü ərzində yol hərəkətinə nəzarət prosesində dövlət yol polisi əməkdaşları 395 min 518 yol hərəkəti qayda (YHQ) pozuntusu aşkar ediblər.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu pozuntuların 3259-u nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi, 74135-i müəyyən olunmuş sürət həddinin aşılması, 15041-i yolayrıclarının keçilməsi, 6974-ü ötmə qaydalarının, 901-i sərnişin daşıma qaydalarının pozulması ilə bağlı olub.

YHQ pozuntusuna görə 495 nəfərin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.


Teqlər:  



Xəbər lenti