Prezident Ağdaş sakinləri ilə görüşüb - YENİLƏNİB

Prezident Ağdaş sakinləri ilə görüşüb - YENİLƏNİB
  01 May 2014    Oxunub:1255
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyevə məlumat verilib ki, Mərkəzin inşasına 2012-ci ilin avqustunda başlanıb. İnşaat işləri ən yüksək standartlar səviyyəsində həyata keçirilib.

Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon ictimaiyyəti adından çıxış edən Şəhla Hacıbalayeva Ağdaşın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Pezident İlham Əliyev bu gün Ağdaş rayonuna səfər edib.

Dövlət başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində ümummilli lideri Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Ağdaş Rayon icra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident İlham Əliyevə Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, burada iki fəvvarə kompleksi yaradılıb. Abidənin ətrafı mərmərlə üzlənib, geniş yaşıllaşdırma işləri həyata keçirilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti