TQDK sədri qəbul imtahanlarındakı yenilikdən danışdı

TQDK sədri qəbul imtahanlarındakı yenilikdən danışdı
  01 May 2014    Oxunub:1214
“Bu il ilk dəfədir ki, ali məktəblərə qəbul imtahanı iki mərhələli keçirilir”.

AzVision.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Günün Nəbzi” verilişində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, birinci mərhələdə əvvəlki ilin məzunları, ikinci mərhələdə isə bu ilin məzunları iştirak edəcək və imtahanlar mərhələli şəkildə keçiriləcək:

“Əvvəlki illərin məzunları II və III qrup mayın 11-də, I və IV qrupun məzunları isə mayın 18-də ali məktəblərə qəbul imtahanı verəcək. Bu ilin məzunları isə iyul ayında imtahan verəcək”.

TQDK sədri bildirib ki, mərhələli imtahan prosesi həm yaş kontingenti, həm də imtahan prosesinin təhlükəsizlik məsələlərini daha yaxşı təşkilinə imkan yaradır:

“Biz ümumiyyətlə, bu məsələyə doğru gedirik ki, hər hansı bir kontingent üçün imtahanlar ilboyu təkrar olunsun”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti