Kolleclərə sənəd qəbulu başlayır

Kolleclərə sənəd qəbulu başlayır
  01 May 2014    Oxunub:1351
Mayın 12-dən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır.
AzVision.az xəbər verir ki, ərizələrin qəbulu iyunun 12-dək internet vasitsilə aparılacaq. Abituriyentlər gösətrilən müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində (www.eservices.tqdk.gov.az/erizetex) şəxsiyyət vəsiqəsinin sriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şirf əldə edirlər. Sonra iş nömrəsi və şifrədən istifadə etməklə “Abituryentin elektron ərizəsi” formasına daxil olur, onu doldurur və təsdiqini təmin edirlər.

Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycn ümumi təhsil müəssisələrində 2013-cü və 2014-cü ildə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edə bilər.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti