“Şəffaflıq Azərbaycan” Parlamentdə tənqid olundu
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Onun sözlərinə görə, Milli Məclis hakimiyyət qollarından biri kimi ölkənin ictimai-siyasi, eləcə də qanunvericilik həyatında mühüm rol oynayır:
“Hakimiyyət qolu kimi parlamentin Azərbaycan dövlətçiliyində xüsusi yeri var. Təəssüf ki, bəzən bir sıra beynəlxalq, həmçinin qeyri-hökumət təşkilatları və mətbuatda parlamentin nüfuzuna xələl gətirən məlumat və materiallar dərc olunur. Təbii ki, həmin məlumatların əksəriyyətinin heç bir əsası yoxdur.
Qeyd etmək lazımdır ki, parlament açıq və şəffaf orqandır. Bununla yanaşı, bu orqan ictimaiyyət üçün açıqdır. Burada istənilən məsələləri müzakirə etməyə hazırıq”.
Əli Hüseynli qeyd edib ki, təəssüf ki, bir neçə gün bundan əvvəl beynəlxalq “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin parlamentin işi ilə bağlı dərc etdiyi hesabat layihəsində parlamentə aid olan hissədə yalan, böhtan və qərəz dolu məlumatlar dərc olunub:
“Hesabat hazırlamağın ümumi texnologiyası ondan ibarətdir ki, mütləq əvvəlcədən həmin təşkilata məlumat verilməlidir. Şəffaflıq proseslərini pozmaqda, hər hansı bir korrupsiya hallarına yol verməkdə ittiham edən bu təşkilatın rəhbəri Rəna Səfərəliyeva mətbuatdan gördüyümüz və oxuduğumuz kimi özü Azərbaycan dövlətçiliyi əleyhinə yönələn başqa korrupsiya faktını yerinə yetirir. Erməni əsilli kəşfiyyatçıları ilə əlaqədə suçlanan Leyla Yunusun külli miqdarda 100 minlərlə pulu nəğdləşdirməsının iştirakçılarından biri də korrupsiya və mübarizədən danışan Rənanın özü olub. Hesab edirəm ki, onların baş ofisi Azərbaycandakı təşkilatlarla əməkdaşlığı dayandırılmalıdır. Azərbaycan parlamentariləri isə həmin təşkilatın heç bir tədbrinə qatılmamalıdır.”
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


