“Onlar bizim arxamızdan bıçaq vuranlardır”

“Onlar bizim arxamızdan bıçaq vuranlardır”
  02 May 2014    Oxunub:1064
"Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yaymalıdır ki, başqa bir dövlətin vətəndaşlığını qəbul edib, o ölkənin pasportunu almaq istəyənlərin dərhal Azərbaycan vətəndaşlığına xitam verilməlidir.”
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı bunu başa düşməlidir:

“Ola bilər ki, kimsə xarici ölkələrə ticarətlə məşğul olmaq istəsin. İnanmıram ki, kimsə könüllü şəkildə Azərbaycan pasportunu qoyub başqa ölkənin pasportunu üzərində daşısın.Yox, əgər başqa məqsədlər üçün bunu həyata keçirirsə, o zaman həmin şəxs mütləq şəkildə Azərbaycan vətəndaşlığından uzaqlaşdırılmalıdr. Bu gün dünyada baş verən hadisələrə nəzərə salsaq görərik ki, dövlət müstəqilliyinin qorunması məsələsi öndə duran məsələlərdən birincisidir. Bütün Azərbaycan vətəndaşları bu gün hamısı bir olmalıdır. Dövlətin və prezidenti eləcə də müstəqilliyin ətrafında birləşməlidir”.

Millət vəkili ermənilərlə əməkdaşlıq edən azərbaycanlılardan danışıb:

“Biz görürük ki, vətən xainləri Azərbaycan əleyhinə iş aparanlar, ermənilərə işləyənlər səngərin o biri tərəfində duran düşmənlərdən daha pisdir. Onlar bizim arxamızdan bıçaq vuran insanlardır. Həmin insanlar ki, Azərbaycan ərazisində yaşayır fəaliyyət göstərir və beynəlxalq təşkilatlara Azərbaycan haqqın da düzgün olmayan məlumatlar göndərir. Sonradan məlum oldu ki, həmin səfirlər xəbər ötürən insanların hesabına Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış edirlər. Hesabatın erməni mənbələrinə aid olduğunu sonradan bilindi”.

S.Novruzov ermənilərə çalışan insanlara qarşı addım atılması ilə bağlı təklif verib:

“Onlara qarşı işlər görülməldir. 5-ci kalonun nümayəndələrinə qarşı işimizi ciddi qurmalıyıq ki, vətənimizə xəyanət edən insanlar ifşa olsunlar. Azərbaycan dövlətçiliyinə qarşı çıxış edənlər mütləq layiqli cəzalarını almalıdır. Şəffaf olmayan təşkilat beynəlxalq şəffaflıqdan danışır. Oğurluqla məşğul olan təşkilat parlament haqqında həqiqəti əks etdirməyən məlumatlar dərc etdirir. Ona görə də bu qarşı ciddi addımlar atılmalıdır”.


Teqlər:  



Xəbər lenti