Spiker çıxışına görə xanım deputatı acıladı

Spiker çıxışına görə xanım deputatı acıladı
  02 May 2014    Oxunub:1295
Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov millət vəkili Məlahət İbrahimqızının çıxışından sonra onu tənqid edib.
“Məlahət xanım deyəsən mən Azərbaycan dilində pis danışmıram. 5 dəqiqə bundan öncə dedim ki, gündəlikdə duran məsələlər barəsində danışmaq lazımdır. Başqa məsələlərlə bağlı və deputatlara sualınız varsa, onu sonra edin. Xahiş edirəm sizdən. Məni məcbur etməyin ki, sözünüzü kəsim”,-deyə spiker əlavə edib.

Qeyd edək ki, Məlahət İbrahimqızı bugünki çıxışında Leyla Yunusun Azərbaycan dilində bilməməsindən danışıb və millət vəkili Əli Hüseynliyə sual ünvanlayıb.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti