Generalın qaçması ilə bağlı rəsmi AÇIQLAMA
“Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Respublikası Silahlı Qüvvlərinin yüksək rütbəli hərbi qulluqçusunun xarici ölkəyə getməsi ilə bağlı məlumatlar yayılıb.
Adı hallanan şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb.
Müdafiə Nazirliyi bildiririk ki, yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil.
Qeyd edək ki, hərbi ekspert Üzeyir Cəfərov mətbuata açıqlamasında bildirib ki, general Bağır Fətullayev Rusiyada ordu komandanının müavini vəzifəsində çalışıb. Ü.Cəfərovin sözlərinə görə, həmin şəxs Səfər Əbiyevin vaxtında Rusiya Silahlı Qüvvlərində xidmətdən təxris edildikdən sonra ona Silahlı Qüvvələrin Akademiyasında yüksək vəzifə verilib:
“Bu yaxınlarda, onunla MN-nin rəhbər şəxslərindən biri arasında baş verən münaqişədən sonra, general Bağır Fətullayev heç kimə demədən, icazəsiz Moskva şəhərinə gedib. May ayının 2-nə kimi xidmət yerinə qayıtmayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


