Təhsil Nazirliyində 30 il sonra yenilik

Təhsil Nazirliyində 30 il sonra yenilik
  05 May 2014    Oxunub:954
Bu gün Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələri üçün alınan kənd təsərrüfatı texnikasının təqdimatını keçirib.
AzVision.az xəbər verir ki, Rusiya, Belarus və Türkiyə istehsalı olan 30 adda 37 ədəd yeni texnika və avadanlıqdan bölgələrdə yerləşən təhsil müəssisələrində əyani vəsait kimi istifadə olunacaq. Nazirliyin texniki avadanlıqlar almaqda məqsədi kənd təsərrüfatının ixtisaslı kadrlara olan tələbatının daha dolğun ödənilməsi və müvafiq təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsidir.

Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə müvafiq texnika, avadanlıq, əyani və texniki vasitələr 25-30 il əvvəl verilib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti