Deputatın vəzifəyə gətirilən oğlu - DOSYE
Belə deyə bilərik ki, Tapdıq Əmiraslanovun adı mətbuatda ilk dəfə idi ki, səslənirdi.
AzVision.az millət vəkilinin oğlu barədə bəzi məlumatlar əldə edib. Verilən məlumata görə, o Amerika Birləşmiş Ştatlarında iqtisadiyyat sahəsi üzrə ali təhsil alıb. Universiteti bitirdikdən sonra bir müddət Dünya Bankında çalışıb.
Azərbaycana qayıdan T.Əmiraslanov İqtisadi İnkişaf Nazirliyində, daha sonra isə Maliyyə Nazirliyində fəaliyyət göstərib.
Bu günə kimi isə Fövqəladə Hallar Nazirliyində işləyib.
Nihadə Eyyubova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


