Deputat Almaniyaya gedir

Deputat Almaniyaya gedir
  05 May 2014    Oxunub:996
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev 6-9 may tarixlərində Almaniyada səfərdə olacaq.
Şuranın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, A.Quliyev Avropa İnsan Haqları Mərkəzinin təşkilatçılığı ilə Bundestaqda müxtəlif siyasi partiyaları təmsil edən deputatlarla görüşəcək.

Səfər proqramına uyğun olaraq A.Quliyev "Avroqafqaz" təşkilatının reallaşdırdığı layihə çərçivəsində "Almaniya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi haqda nə bilir?" mövzusunda təşkil edilmiş "dəyirmi masa"da, eləcə də Liberal Türk-Almaniya Assosiasiyasının "Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfəsi" mövzusunda keçirəcəyi müzakirələrə qatılacaq.


Teqlər:





Xəbər lenti