Gənc müğənniyə dəhşətli cəza: 74 şallaq vurulacaq

   Gənc müğənniyə dəhşətli cəza:    74 şallaq vurulacaq
  20 İyun 2026    Oxunub:323
İranda müğənni Pərəstu Əhmədi və onun çəkiliş qrupunun 8 üzvü 74 şallaq zərbəsinə məhkum edilib. Səbəb müğənninin 2024-cü ildə yutub kanalında canlı yayım zamanı hicabsız mahnı oxumasıdır.
Qum əyalətinin məhkəməsi həmçinin 29 yaşlı müğənnini zövqsüz və mənəviyyata uyğun olmayan məzmun istehsalında ittiham edərək, iki il ərzində ölkədən çıxmasına və yaradıcılıqla məşğul olmasına qadağa qoyub.

Qeyd edək ki, müğənni 2024-cü ilin dekabrında oxuduğu “Vətən cavanlarının qanından” adlı vətənpərvər mahnı milyonlarla baxış yığaraq viral olandan sonra hicabsız çıxış etdiyinə görə saxlanılmışdı.

Qərbin hüquq müdafiəçilərinin sözlərinə görə, bu hadisə İranda insan haqları məsələsində heç bir irəliləyişin olmadığını sübut edir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İran  



Xəbər lenti