Avropa Şurasının nümayəndəsi AzVisionun ifşa yazısını dəstəklədi – FOTOFAKT

Avropa Şurasının nümayəndəsi  AzVisionun ifşa yazısını dəstəklədi – FOTOFAKT
  03 İyul 2015    Oxunub:7976
Dünən AzVision.az saytında Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brassörün ətrafında topladığı anti-Azərbaycan komandası haqqında yazı dərc olunmuşdu. Yazıda Brassörün komandasında olan şəxslərin haqqında ətraflı dosye verilirdi.

Həmin yazı sosial şəbəkələrdə ciddi rezonans doğurub. Xüsusilə Twitterdə fəal bloqqerlər yazının əsas tezislərini paylaşıblar.

“aztwit soldiers” adlı bloqqer yazının əsas şəklini paylaşaraq, oradakı bu məqamı xatırladıb ki, Brassör Dinara Yunusa onun valideynlərinin məsələsini AŞPA-nın qətnaməsinə salacağına dair söz verib. Halbuki, bu, demokratik prosedurun pozulmasıdır: axı AŞPA kollegial orqandır və orada qərarlar səsvermə ilə qəbul olunur. Elə isə, AŞPA sədrinin bu arxayınçılığı haradan imiş?



Amma ən maraqlısı odur ki, həmin tviti Avropa Şurasının təmsilçilərindən biri də paylaşıb – yəni, retvit edib! Bu, Avropa Şurasının Gənclər üzrə Məsləhət Şurasında - Avropa Şurasının Beynəlxalq QHT-lər üzrə Konfransının (söhbət bu təşkilatdan gedir) nümayəndəsi xanım Anne Krausdur.

Azərbaycandan olan gənc bloqqerin tvitini paylaşmaqla faktik olaraq xanım Kraus onun mövqeyini, demək, həm də AzVison.az-n yazdığını təsdiqləmiş olub. Başqa sözlə, AŞPA rəhbərliyinin antiazərbaycan siyasətini ifşaetmə kampaniyasına dəstək çıxıb.



Bu yerdə bizə ancaq `no comment` demək qalır!..

AzVision.az


Teqlər:  





Xəbər lenti