Rusiya səfirliyində seçki məntəqəsi açıldı

Rusiya səfirliyində seçki məntəqəsi açıldı
  29 Avqust 2016    Oxunub:1101
Rusiya Dövlət Dumasına deputat seçkilərində səs vermək üçün bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılıb.

AzVision.az-ın səfirliyin saytına istinadən verdiyi məlumata görə, Azərbaycanda daimi yaşayan və ya ölkədə müvəqqəti qalan Rusiya vətəndaşları səsvermədə iştirak edə bilərlər.

Seçki məntəqəsi yerli vaxtla saat 08:00-dən saat 20:00-dək açıq olacaq.

Dumaya seçkilər sentyabrın 18-də keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti