Bakıya yağış, rayonlara qar yağacaq

Bakıya yağış, rayonlara qar yağacaq
  20 Noyabr 2016    Oxunub:1730
Bazar günü Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, noyabrın 20-də paytaxt və yarımadada şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 779 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti