Qusarda 45 yaşlı kişi donaraq ölüb
Onun meyiti bu gün səhər yaşadığı kənddə nohur kənarında tapılıb. Ailə üzvlərinin dediyinə görə, mərhum axşam saatlarında evdən çıxıb, amma geri qayıtmayıb.
Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları M.Şeydayevin şaxtadan donaraq ölməsi qənaətinə gəliblər.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır. (Report.az)
AzVision.az