Ağaxan Abdullayev dünyasını dəyişdi

Ağaxan Abdullayev dünyasını dəyişdi
  25 Dekabr 2016    Oxunub:9622
Azərbaycanın Xalq Artisti Ağaxan Abdullayev uzun sürən xəstəlikdən sonra vəfat edib.
AzVision.az xəbər verir ki, Xalq artistinin vida mərasiminin yeri və dəfn yeri sabah məlum olacaq.

1950-ci ildə Bakının Əmircan kəndində anadan olan Xalq Artisti Ağaxan Abdullayev 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.

Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə “Əməkdar Artist”, 1998-ci ildə “Xalq Artisti” fəxri adlarına layiq görülüb, Prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, ötən il mayın 10-da isə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti