Xalq artistinin dəfn olunacağı yer məlum oldu

Xalq artistinin dəfn olunacağı yer məlum oldu
  26 Dekabr 2016    Oxunub:2495
Xalq artisti, görkəmli muğam ustası Ağaxan Abdullayev dekabrın 26-da Türkan qəbiristanlığında dəfn olunacaq.

AzVision.az xəbər verir ki, bu barədə APA-ya məlumatı muğam ustasının qardaşı oğlu Vəlixan Abdullayev verib.

O, bildirib ki, sənətkarla vida mərasimi sabah saat 14:00-da Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında olacaq: «Ağaxan müəllim vəsiyyət etmişdi ki, məni kəndimizin qəbiristanlığında, atamın-anamın yanında dəfn edin. Onun vəsiyyətini yerinə yetirmək borcumuzdur. Ona görə də vəsiyyətinə uyğun olaraq sabah Türkanda kənd qəbiristanlığında torpağa tapşıracağıq. Xalq artistinin üç mərasimi dekabrın 27-də Təzə Pir Məscidində keçiriləcək".

Qeyd edək ki, A. Abdullayev bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Şair xərçəng xəstəliyindən əziyyət çəkirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti