Oğuzda 5 otaqlı ev yanıb

Oğuzda 5 otaqlı ev yanıb
  29 Dekabr 2016    Oxunub:1129
Oğuz rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Oğuz rayonu, Bucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti