Bakıda 21 yaşlı qadın meyiti tapılıb

Bakıda 21 yaşlı qadın meyiti tapılıb
  30 Dekabr 2016    Oxunub:1433
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1995-ci il təvəllüdlü Acalova Nərmin Faiq qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:49-da başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti