Hacıqabulda üç uşaq atası intihar edib
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Hacıqabul rayonu Nəvahi kənd sakini, 1979-cu il təvəllüdlü Baxşıyev Nüsrət Qubad oğlu özünü yaşayış evinin həyətində yerləşən yardımçı tikilidə asaraq intihar edib.
Onun asılmış meyiti gecə saat 3:00 radələrində yaxınları tərəfindən aşkar edilib.
Mərhumun üç azyaşlı uşağı var. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.
AzVision.az