Bakıda bir evdən 5 nəfərin meyiti tapıldı

Bakıda bir evdən 5 nəfərin meyiti tapıldı
  02 Yanvar 2017    Oxunub:6031
Bakıda mənzildə 5 nəfərin meyiti aşkarlanıb.
AzVision.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan Kamerun Respublikasının vətəndaşları olan 5 nəfərin cəsədlərini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti