Ucarda ölümlə nəticələnən yol qəzası olub

Ucarda ölümlə nəticələnən yol qəzası olub
  03 Yanvar 2017    Oxunub:1618
Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Qazıqumlaq kəndində qeydə alınıb.

Rayon sakini Hacı Ələsgər oğlu Məmmədovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Sahib Valeh oğlu Novruzəliyevin idarə etdiyi "VAZ- 2106" markalı maşın toqquşub.

Nəticədə "VAZ-2106" markalı maşının sürücüsü S . Novruzəliyev ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi yardımına baxmayaraq o, xəstəxanada ölüb. Hadisənin başvermə səbəbi rayon polis şöbəsində araşdırılır. (APA)

AzVision.az


Teqlər:  





Xəbər lenti