Ağstafada ana və qızı güllələnib
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, yanvarın 2-də Ağstafa rayonunun Yuxarı Göyçəli kəndində rayon sakini Asim Allahverdiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən kənd sakinləri Şəfaqət Göyüşova və qızı Simizər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Ağstafa RPŞ əməkdaşları tərəfindən A.Allahverdiyevdən "Stevens" markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: