Bir gündə 8 qəza - 7 ölü, 12 yaralı

Bir gündə 8 qəza - 7 ölü, 12 yaralı
  04 Yanvar 2017    Oxunub:2836
Azərbaycanda ötən gün baş verən yol qəzalarının statistikası açıqlanıb.
AzVision.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən yol qəzalarının hamısı bölgələrdə baş verib. Kürdəmirdə baş verən hadisədə 2 nəfər, Masallıda baş verən yol qəzasında 2 nəfər, Beyləqan, Quba və Sumqayıtda baş verən yol qəzalarında isə hər birində 1 nəfər ölüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti