Gəncədəki ana ölümlərinin səbəbi nədir?

Gəncədəki ana ölümlərinin səbəbi nədir?
  05 Yanvar 2017    Oxunub:3123
2017-ci ilin ilk günlərində iki ana ölümü baş verib və hər iki ana ölümü Gəncə şəhərində qeydə alınıb.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, ana ölümlərindən biri abort zamanı olub. “1988-ci il təvəllüdlü Aslanova Gülşən Şəmsəddin qızı Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində abort zamanı ölüb. 8 həftəlik hamilə olub və təkrar aborta gəlib.

Digər ana ölümü isə Gəncə şəhər Perinatal Mərkəzində qeydə alınıb. Tovuzun İbrahimhacılı kənd sakini, 24 yaşlı Səkinə Məmmədova xəstəxanaya cift gəlişi ilə çox ağır vəziyyətdə gətirilmişdi. O, qeysəriyyə əməliyyatından sonra komaya düşmüşdü və dünən 11 radələrində dünyasını dəyişib. Həmin xəstə çox qan itirmişdi. Əslində xəstəyə Tovuzda müdaxilə edilməli idi. Amma onu Gəncəyə göndəriblər”.

S.Məmmədova ilin əvvəlindən yaşanan iki ana ölümü ilə bağlı ciddi araşdırmaların aparıldığını qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti