Alo, təcili yardımdır?! - Bizi xilas edənlər (FOTOLAR)

  06 Yanvar 2017    Oxunub : 8877
Alo, təcili yardımdır?! - Bizi xilas edənlər (FOTOLAR)

Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva bildirib ki, 2016-cı ildə onlara 681 mindən çox müraciət daxil olub. Müraciət edənlərin 63 mindən çoxu xəstəxanaya yerləşdirilib. Ümumilikdə ötən illə müqayisədə müraciətlərin sayı çoxalıb.

Baş həkim müavini qeyd edib ki, uşaqlar üçün edilən çağırışların sayı 83 mindən çoxdur. 13 mindən çox uşaq xəstəxanalara yerləşdirilib.

“Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub. Miokard infarktı ilə müraciətlərin sayı 1000, hospitalizasiya 940-a yaxın, insultla müraciətlərin sayı 3300, hospitalizasiya 2950, doğuşla bağlı müraciətlərin sayı 3310, avtoqəza zamanı xəsarət alanların sayı 2420, hospitalizasiya 2125-dən artıq olub. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanasına məlumat verilib”,- deyə İradə Əliyeva əlavə edib.

Mətbuat konfransında illik statistik göstəricilər açıqlandıqdan sonra təcili tibbi yardımla insanlara necə yardım edilməsi, daxil olan müraciətlərin yönəldilməsi əyani şəkildə iştirakçılara göstərilib.

AzVision.az Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bir iş gününü əks etdirən fotoları oxuculara təqdim edir:



















Foto: Elvin Abdulla
AzVision.azFoto

Teqlər: