Füzulidə 3 otaqlı ev yanıb

Füzulidə 3 otaqlı ev yanıb
  06 Yanvar 2017    Oxunub:1515
Füzuli rayonu, Dilağarda kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 30 m2 sahədə yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti