Bakıda iki yük maşını yanıb

Bakıda iki yük maşını yanıb
  09 Yanvar 2017    Oxunub:1203
Bakıda yanğın hadisəsi qeydə alınıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd “SUPERMAZ" markalı yük avtomobillərinin kabinə və mühərrik hissələri yanıb.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 18.53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti