Bu gün Şəki şəhərində avtomobil təmiri sexində təmirə dayanmış vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobusun mühərrikində elektrik avadanlıqları və salonu qismən yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.