Şamaxıda sürüşmə təhlükəsi yaranıb - Video
AzVision.az ARB Şəki-yə istinadən xəbər verir ki, ən təhlükəli sürüşmə ocaqlarının yerləşdiyi Mədrəsə qəsəbəsində baş verən torpaq axını yenidən aktivləşib. Evlərin divarlarındakı çatlar hər gün daha da genişlənir. Artıq kənddə 7 ev qəzalı vəziyyətə düşüb. Bu səbəbdən sakinlər öz evlərində gecələməkdən ehtiyat edirlər.
Sürüşmə əkin sahələrində də qeydə alınıb. Nəticədə sahələr yararsız vəziyyətə düşüb.
AzVision.az