Masallıda 6 məsciddən oğurluq edilib

Masallıda 6 məsciddən oğurluq edilib
  10 Yanvar 2017    Oxunub:2089
Masallı rayonunda məscidin nəzir qutusundan oğurluq edilib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də "Şeyx Səfi" məscidinin nəzir qutusundan 110 manat pul oğurlamaqda şübhəli bilinən Seybətin kənd sakini Ağahüseyn Həbibov tutulub.

Aparılmış əməliyyat tədbirləri ilə onun 2016-cı ilin oktyabr ayından cari il yanvarın 4-dək olan müddətdə rayon ərazisindəki daha 5 məsciddən 85 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti