Ata övladının ad günündə intihar etdi - Bakıda dəhşət
Polis onu itkin düşmüş şəxs kimi qeydiyyata alıb və axtarışına başlayıb. Araşdırmalar zamanı A.Süleymanovun Nəsibbəy Yusifbəyli küçəsi 41 ünvanında yerləşən sahibsiz tikilidə asılmış meyiti aşkarlanıb.
Qeyd edək ki, A.Süleymanov iki dəfə ailə həyatı qurub. Onun ikinci nikahdan bir övladı var. Hadisə baş verən gün A.Süleymanovun övladının ad günü olub. Amma ata övladının ad günü mərasiminə qatılmayıb. Daha sonra isə həyat yoldaşı Günay Süleymanovun telefon zənglərinə cavab verməyib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
AzVision.az
Teqlər: