Bərdədə 13 yaşlı oğlan döyülərək öldürülüb

Bərdədə 13 yaşlı oğlan döyülərək öldürülüb
  14 Yanvar 2017    Oxunub:2860
Bərdə rayonunda qətl hadisəsi baş verib.

AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şorkanal ərazisində baş verib.

Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Həsrət Sabir oğlu Mirzəməmmədov naməlum şəxs tərəfindən döyülürək öldürülüb.

Qeyd edək ki, ailə həmin ərazidə təsərrüfat işləri ilə məşğul olurmuş. Yeniyetmə də orada mal-qara otarırmış.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti